Savunma ve Stratejik Analizler

26 Ağustos 2010 Perşembe

ANAMA Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsinə dair tenderlərə qatılacaq

Bakı. Rəşad Süleymanov - APA. Türkiyənin “Nokta Yatırım və İnşaat” şirkəti Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə (ANAMA) birgə Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi üçün elan ediləcək tenderlərə qatılmağı planlaşdırır.

Bu barədə APA-ya açıqlamasında “Nokta” şirkətinin baş direktoru Murad Kəklik bildirib.

M. Kəklikin sözlərinə görə, Türkiyə və Suriya arasında 900 km sərhədin minalardan təmizlənməsi nəzərdə tutulur. Bu layihə üzrə görüləcək işlərin məbləği minimum 1 mlrd. ABŞ dolları miqdarında dəyərləndirilir: “Güman edirəm ki, işlərin sürətlə həyata keçirilməsi üçün bu ərazi hissə-hissə tenderə çıxarılacaq. Ümumilikdə, bu proses necə olacaq hələ ki, bəlli deyil. Ümid edirik ki, sərhəddəki ərazilərin hansı formul üzrə təmizlənəcəyi yaxın bir ayda bəlli olacaq. Biz də ANAMA ilə konsorsium olaraq tenderə qatılacağıq”.

Şirkət rəhbəri onu da vurğulayıb ki, dünyanın minaçıxarma sahəsində tanınmış təşkilatlarının rəqabət apardığı bu layihələrdə konsorsiuma Azərbaycan dövlətinin də dəstəyi lazımdır.

Qeyd edək ki, hazırda ANAMA-nın iştirakı ilə Türkiyə-Suriya sərhədinin Qaziantep vilayəti ərazisində test seçilmiş sahəsində minatəmizləmə işləri aparılır.

http://az.apa.az/xeber_ANAMA_Turkiye-Suriya_serhedinin_minalardan__196677.html

Hiç yorum yok:

Yorum Gönder