Savunma ve Stratejik Analizler

19 Nisan 2011 Salı

Türkiyənin “Roketsan” şirkəti ötən il Azərbaycana 244 milyon dollarlıq ixracat gerçəkləşdirib

18 Aprel 2011 Bakı. Rəşad Süleymanov-APA.

Ötən il Türkiyənin müdafiə sektorunda fəaliyyət göstərən iki şirkət Azərbaycana 267 milyon ABŞ dolları dəyərində ixracat gerçəkləşdirib.

Bu barədə APA Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Məlumata görə, Türkiyənin ən böyük raket və reaktiv döyüş sursatlarının istehsalçısı olan ROKETSAN şirkəti Azərbaycanla 244 milyon dollarlıq ixracat müqaviləsinin icrasını gerçəkləşdirib. «Otokar» şirkəti isə Azərbaycanla zirehli nəqliyyat vasitələrinin («Cobra» təkərli transportyorların və «Land Rover Defender» avtomobillərinin) ixracına dair 23 milyon dollar dəyərində müqavilə imzalayaraq icrasına başlayıb.

Bundan başqa, Türkiyənin dənizçilik sektorunda fəaliyyət göstərən «Dearsan» tərsanəsi Xəzəryanı ölkələrdən Türkmənistandan 120 milyon dollarlıq gəmi sifarişi alaraq işlərə başlayıb.

http://az.apa.az/xeber_Turkiyenin_“Roketsan”_shirketi_oten__219630.html

Hiç yorum yok:

Yorum Gönder