Savunma ve Stratejik Analizler

21 Aralık 2011 Çarşamba

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi gələn il irimiqyaslı modernləşdirmə layihələrinə başlayacaq

20 Dekabr 2011   Bakı. Rəşad Süleymanov – APA.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Silahlı Qüvvələrin xaricdən texniki asılılığını aradan qaldırmaq məqsədilə gələn il irimiqyaslı modernləşdirmə layihələrinə başlamaq niyyətindədir.

Bu barədə APA-ya MSN-dən məlumat verilib.

Hazırda nazirliyin müəssisələrində məhdud sayda olsa da, bəzi atıcı silahların təmiri və hərbi texnikaların modernləşdirilməsi layihələri həyata keçirilir. MSN inkişaf proqramına uyğun olaraq, 2012-ci ildən daha böyük proqramlara başlamağı planlaşdırır ki, bura da əsasən SSRİ istehsalı olan, hazırda müasir standartlara cavab verməyən döyüş və aviasiya texnikalarının modernləşdirilməsi daxildir. Hazırda bu proqramların reallaşdırılması üçün MSN tərəfindən Türkiyə, İsrail, Ukrayna və Cənubi Afrika şirkətləri ilə müzakirələr aparılır.

Məlumatda bildirilir ki, nazirliyin yaxın perspektivdə həyata keçirməyə çalışdığı ən böyük modernləşdirmə layihəsi Silahlı Qüvvələrin inventarından çıxarılmış köhnə tank modelləri və tırtıllı döyüş maşınlarının bazasında yeni nəqliyyat vasitələrinin yaradılmasıdır. Layihə çərçivəsində 250-dən artıq “T-55” tankının şassisi üzərində yeni döyüş texnikalarının yaradılması mümkündür.

Modernləşmədən sonra texnikaların üzərinə MSN-in CAR-ın Emerging World Technologies (EWT) şirkəti ilə birgə istehsal etdiyi «Şimşək» atış-kontrol sistemi ilə təchiz edilmiş yeni qülləsi qurulacaq. Artıq bu qüllə “BTR-70” tipli transportyorların üzərində qurularaq sınaqdan keçirilib. Qüllə analoqlarından 360 dərəcə fırlanma və 90 dərəcəlik bucaq altında atəş aça bilməsi ilə fərqlənir. Bu qülləyə 23 mm “ZU-23” və ya 30 mm “2A42” topunu inteqrasiya etmək mümkündür.

«Bakı Cihazqayırma» zavodunun direktoru Fərhad Cəfərquliyev isə bildirib ki, texnikaların modernləşdirilməsi üçün artıq Bakı Cihazqayırma Zavodunda istehsal sahəsi və təkmilləşdirilmiş texnikaların sınaqlarının keçirilməsi üçün müxtəlif maneəli poliqon yaradılıb. Müəssisədə modernləşdirilmiş ilk texnikaların testləri uğurlu alınıb. Hazırda yeni növ texnikaların yaradılması istiqamətində işlər aparılmaqdadır.

http://az.apa.az/xeber_Azerbaycan_Mudafie_Senayesi_Nazirliyi__245454.html

BTR-70M - Jihazgayirma Instrument Construction Plant in Baku presented some upgraded BTR-70s for the first time in March 2011. These vehicles have a new diesel engine and improved transmission. Optionally, the original machine-gun turret might be replaced with the "Şimşek" (Lightning) one-man turret. "Şimşek" was developed in partnership with South Africa's Emerging World Technologies (EWT) and appears to be a variant of EWT's Predator II light compact turret

http://en.wikipedia.org/wiki/BTR-70

Hiç yorum yok:

Yorum Gönder