Savunma ve Stratejik Analizler

4 Ocak 2012 Çarşamba

Azərbaycan prezidenti yeni hərbi helikopterlərə baxış keçirib

22 Dekabr 2011
Bakı-APA.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev yeni gətirilmiş hərbi helikopterlərə baxış keçirib.

APA-nın verdiyi xəbərə görə, dövlət başçısı yeni gətirilmiş hərbi helikopterlərə hava limanında baxış keçirib.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi helikopterlər barədə məruzə edib.

O bildirib ki, Mi-35m tipli döyüş helikopterləri hazırda dünyada mövcud olan ən müasir helikopterlərdən hesab olunur və hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir. Bu tipli helikopterlər yüksək uçuş imkanlarına malikdir.

Hərbi helikopterlərin ən müasir silahlarla təchiz olunduğu qeyd edilib. Bildirilib ki, bu silahlar hədəfi dəqiq zərərsizləşdirmək qabiliyyətinə malikdir. Helikopterlərin heyəti pilot komandirindən və operatordan ibarətdir. Zərurət yaranarsa, 10 nəfərədək desant əməliyyatların həyata keçirilməsinə cəlb oluna bilər. Helikopterlər S-8 və S-13 idarəolunmayan raket kompleksləri, QŞ-23 qoşalüləli pulemyot və “şturm” və “ataka” tipli idarə olunan raketlərlə təchiz edilib.

Helikopterlərdə hazırda dünyada mövcud olan ən müasir avionika quraşdırılıb ki, bunun köməyi ilə istənilən hava şəraitində 360 dərəcə altında bütün hədəfləri müşahidə etmək və zərərsizləşdirmək mümkündür.

Dövlət başçısı helikopterin texniki göstəriciləri ilə yaxından tanış olub.

http://az.apa.az/xeber_Azerbaycan_prezidenti_yeni_herbi__245812.html

Hiç yorum yok:

Yorum Gönder