Savunma ve Stratejik Analizler

7 Şubat 2012 Salı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib

07 Fevral 2012Bakı.
Rəşad Süleymanov – APA.

Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edib.
APA-nın xəbərinə görə, nümayəndə heyəti adından məzarlar önünə, “Əbədi Məşəl” kompleksi və Şəhidliyin qarşısına əklillər qoyulub. Baş Qərargah rəisi Türk Şəhidliyinin xatirə dəftərinə ürək sözlərini yazıb.

Jurnalistlərə aşıqlamasında N. Özəl Baş Qərargah rəisi postunda Azərbaycana ilk dəfə səfər etdiyini deyib. Eyni zamanda qeyd olunub ki, bu, onun NATO üzvü olmayan ölkələrə ilk səfəridir.

Türkiyə nümayəndə heyətinin bu gün Azərbaycan prezidenti İlham Əliyev, müdafiə naziri Səfər Əbiyev, baş nazir Artur Rəsizadə ilə görüşləri planlaşdırılır. Bundan başqa, Milli Məclisin sədri Oqtay Əsədov, daxili işlər naziri Ramil Usubov, Daxili Qoşunların komandanı Zakir Həsənovla da görüşlər keçiriləcək.

http://az.apa.az/xeber_Turkiye_Silahli_Quvvelerinin_Bash__250341.html

Foto
http://az.apa.az/album.php?id=250341

Hiç yorum yok:

Yorum Gönder