Savunma ve Stratejik Analizler

9 Mart 2012 Cuma

MKEK “Fırtına”nın mühərrik problemini həll edib

08-03-2012

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) Azərbaycana T-155 “Fırtına” özüyeriyən haubitsaların çatdırılması ilə əlaqədar yaranmış problemləri yoluna qoyub. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq MKEK-dən məlumat verilib.

MKEK Azərbaycan tərəfi ilə razılaşdırılmaqla “Fırtına”nın mühərrik problemini həll edib. Razılaşma əsasında Azərbaycana çatdırılacaq döyüş maşınlarına MTU deyil (Türk ordusunun inventarındakılar MTU mühərrikinə malikdir) başqa bir tanınmış firmanın istehsalı olan mühərrik təchiz ediləcək.

Yeni mühərrikli və üzərində qismən dəyişiklik edilmiş döyüş maşınları Azərbaycan mütəxəssislərinin iştirakı ilə test olunduqdan sonra ixrac olunacaq.

Döyüş maşını həmçinin ən müasir atış-kontrol sistemlərinə malik olacaq.

“Türkiyə hökuməti və Silahlı Qüvvələri bu artilleriya sistemlərinin Azərbaycana çatdırılmasına razıdır və ixracda meydana çıxan problemin tez bir zamanda həll olunması üçün tapşırıq verib. Artıq problem demək olar ki öz həllini tapıb”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Azərbaycanın hərbi qurumlarından biri ilə MKEK arasında “Fırtına” sisteminin alqı-satqısına dair anlaşma imzalansa da, ötən il çatdırılmaya bir neçə gün qalmış sistemin əsas mühərrikinin istehsalçısı olan Almaniyanın MTU şirkəti buna razılıq verməyib. Buna görə döyüş texnikalarının çatdırılmasında problem yaşanıb.

MKEK şirkəti tərəfindən istehsal olunan “Fırtına” Türkiyə Silahlı Qüvvələrinin inventarına 2004-cü ildə daxil olub. Heyəti 5 nəfərdən ibarət olan “Fırtına” 155 mm çaplı L52 topuna və 12.7 mm çaplı pulemyota malikdir. Hərəkət halında 30 saniyə içində atəş hazırlığı vəziyyətinə gətirilə bilən “Fırtına” 15 saniyə intervalla atəş açır. Artilleriya qurğusunun 40 km-dən uzaqlıqdakı məsafədəki hədəflərə atəş açmaq qabiliyyəti var.

“Fırtına”nın İnersiya Naviqasiya Sistemi (Inertial Navigation System), Atış İdarə Kompüteri, Avtomatik Lülə İstiqamətləndirmə Sistemi və İlk Sürət Ölçmə Radarı ASELSAN şirkəti tərəfinfən istehsal edilib. ASELSAN istehsalı olan İnersiya Naviqasiya Sistemi vasitəsi ilə hədəflərin koordinatlarını 17,5 m dəqiqliklə təyin edə bilir.

Source:
http://www.azeridefence.com/news.php?id=7108

Hiç yorum yok:

Yorum Gönder