Savunma ve Stratejik Analizler

15 Mayıs 2012 Salı

Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxır

05-2012:

Azərbaycan rəsmən Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (AASQM) çıxa bilər. Bu barədə “AzeriDefence”yə Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsindən məlumat verilib.

Hazırda Ermənistan da daxil olmaqla bir sıra ölkələr bu müqaviləyə riayət etmir. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT başda olmaqla beynəlxalq təşkilatların fəaliyyətində irəlləyişin olmaması rəsmi Bakını öz imkanları hesabına münaqişəni çözməyə vadar edir.

“Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki Azərbaycan ən müasir silah və hərbi texnikalar alır və Ordunun arsenalını gücləndirir. Artıq Azərbaycan silahlanma sahəsində də qüvvələr balansını öz xeyrinə dəyişib və bu sahdə Ermənistanı dəfələrlə üstələyib”, - deyə məlumatda bildirilib.

Eyni zamanda Azərbaycanda müdafiə sənayesi qurulub və ölkənin silahlı qüvvələri yerli istehsal olan silah və texnikalarla təchiz olunur.

Bütün bunlar sözügedən müqaviləyə yenidən baxılması və ya Bakının bu müqavilədən çıxmasını şərtləndirib.

“Biz parlament olaraq məsələdə yekdil fikrə malikik”, - deyən komitənin adının açıqlanmasını istəməyən üzvünün sözlərinə görə, artıq hökumətdə məsələnin gündəmə gətirilməsi fikri mövcuddur.

Qeyd edək ki, Azərbaycanın AASQM-a qoşulması barədə müqaviləni Milli Məclis 31 may 1992-ci ildə ratifikasiya edib. Müqavilə adi silahların beş növü üzrə məhdudiyyət təyin edir. Müqavilənin tələblərinə əsasən hər bir dövlət adi silahların 5 növü üzrə ümumi sayın müəyyən edilmiş miqdara çatdırılması öhdəliklərini öz üzərinə götürüb. Müqavilədə Azərbaycana 220 ədəd döyüş tankı, 220 ədəd zirehli döyüş maşını (onlardan 135 ədəd PDM), 285 ədəd çapı 100 mm və yuxarı olan artilleriya qurğusu, 100 ədəd döyüş təyyarəsi, 50 ədəd zərbə helikopteri müəyyən edilib.

http://www.azeridefence.com/news.php?id=7347

Hiç yorum yok:

Yorum Gönder