Savunma ve Stratejik Analizler

28 Mayıs 2012 Pazartesi

Türkiyə şirkəti Azərbaycan ordusunun BTR-lərini radiostansiyalarla təchiz etməyə başlayıb

22 May 2012  Bakı. Rəşad Süleymanov – APA.

Türkiyənin ASELSAN şirkəti Azərbaycan Silahlı Qüvvələrinin BTR tipli zirehli nəqliyyat vasitələrinin bir qismini radiostansiyalarla təchiz etməyə başlayıb. Bu barədə APA-ya ASELSAN şirkətindən məlumat verilib.

Silahlı Qüvvələrin tərkibinə daxil olan strukturlardan birinin inventarındakı BTR-lərin modernləşdirilməsi layihəsi çərçivəsində zirehli nəqliyyat vasitələrinə ASELSAN istehsalı olan proqramlaşdırılmış nəqliyyat radiostansiyaları qurulur.


Layihə çərçivəsində nə qədər BTR tipli nəqliyyat vasitəsinin modernləşdiriləcəyi açıqlanmayıb. Hazırda ASELSAN və yerli müəssisə tərəfindən modernləşdirilmiş texnikaların bir hissəsi istifadə olunur.

http://az.apa.az/xeber_Turkiye_shirketi_Azerbaycan_ordusunun__261204.html

Hiç yorum yok:

Yorum Gönder