Savunma ve Stratejik Analizler

1 Ekim 2012 Pazartesi

Azərbaycan donanmasına sualtı qayıqlar gəlir

30-09-2012   AzeriDefence.com

Yaxın 3 il ərzində Azərbaycanın Xəzərdəki donanmasının sıralarına sualtı qayıqların daxil edilməsi mümkündür.

“AzeriDefence.com” saytının hərbi mənbələrdən əldə etdiyi eksklüziv məlumata görə, artıq adı açıqlanmayan bir ölkədə Azərbaycanın sifarişi ilə Xəzər dənizi üçün xüsusi olaraq sualtı qayıqlar hazırlanır.

Qayıqların qabariti onların Xəzər dənizində sərbəst manevrlər etməsinə imkan verəcək.

Bununla da Azərbaycan Xəzər dənizində əlavə güc qazanmış olacaq. Bu qayıqlar hazırda Xəzərdə İranın silahlanmasında olan “Kilo” tipli qayıqlardan daha müasirdir və üstünlüklərə malik olacaq.


Triton-2 (Project 908)
 Qeyd edək ki, hazırda Azərbaycan donanması “Triton-2M” tipli mini sualtı qayıqlara malikdir.

http://www.azeridefence.com/news.php?id=7687

Hiç yorum yok:

Yorum Gönder