Savunma ve Stratejik Analizler

31 Ekim 2012 Çarşamba

Azərbaycan Silahlı Qüvvələrə 3,7 milyard dollar vəsait xərcləyəcək

19-10-2012

Azərbaycan 2013-cü ildə ölkənin müdafiəsi üçün dövlət büdcəsindən 2 milyard 910 milyon 656 min manat (3 milyard 707 milyon 369 min ABŞ dolları) vəsait ayırmağı planlaşdırır.

AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA agentliyi məlumat yayıb.

Büdcənin müdafiə xərcləri bölməsi üzrə Silahlı Qüvvələrə, təhlükəsizlik qüvvələrinə və hərbi sənaye sahəsinə bilavasitə 1 milyard 528 milyon 582 min manat vəsait ayrılacaq. Bu vəsaitin 1 milyard 416 milyon 364 min manatı müdafiə qüvvələri (o cümlədən, 1 milyard 19 milyon 442 min manatı ordu və donanma, 111 milyon 749 min manatı Dövlət Sərhəd Xidməti, 5 milyon 391 min manatı Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti), 106 milyon 439 min manatı milli təhlükəsizlik, 2 milyon 733 min manatı müdafiə sahəsində tətbiqi tədqiqatlar, 3 milyon manatı isə digər xərclər üçün Müdafiə Sənayesi Nazirliyinə ayrılacaq.

Bundan başqa, büdcədə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, imkanlarının artırılması üçün 1 milyard 172 milyon manat əlavə vəsait nəzərdə tutulur. Bu da 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 75 milyon 952 min manat və ya 6,9% çoxdur.

Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) isə büdcənin hüquq-mühafizə orqanları və məhkəmə hakimiyyəti bölməsi üzrə maliyyələşdirilir.

Daxili Qoşunlara isə 2013-cü ilin dövlət büdcəsindən 136 milyon 234 min manat, XDMX-yə isə 74 milyon 74 min manat vəsait ayrılması nəzərdə tutulur.

http://www.azeridefence.com/news.php?id=7741

Hiç yorum yok:

Yorum Gönder