Savunma ve Stratejik Analizler

6 Aralık 2012 Perşembe

Azərbaycan MiQ-29M/M2 tipli döyüş təyyarələri ala bilər

28-11-2012  Azeri Defence News

Bəzi postsovet ölkələri yaxın perspekktivdə MiQ-29M/M2 tipli döyüş təyyarələrini satın ala bilər. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiyanın nüfuzlu VPK qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Azərbaycan, Qazaxıstan və Türkmənistan MiQ-29M/M2-in potensial alıcıları ola bilər. Bu ölkələr qeyd olunan təyyarələrə maraqlarını ifadə ediblər.

Qeyd edək ki, bir yerli MiQ-29M və iki yerli MiQ-29M2 təyyarəsi döyüş yüklənməsi və bort silahlarının genişləndirilmiş nomenklaturası, uçuşun artırılmış uzaqlığı ilə “4++” nəsil çoxfunksiyalı döyüş təyyarələri hesab olunurlar.

Təkmilləşdirilmiş füzelyaj və qanada malik MiQ-29M/M2 təyyarələrinin yanacaq sisteminin həcmi artırılıb. MiQ-29M/M2 təyyarələri yaxşılaşdırılmış istismar xarakteristikaları, aqreqatların və sistemlərin yüksəldilmiş etibarlılığı ilə fərqlənirlər. Bu döyüş təyyarələrinin bort radio elektron avadanlığı MIL-STD-1553B standartı əsasında açıq arxitektura prinsipi üzrə qurulur. Tələbə görə sifarişçi təyyarədə Rusiyada, yaxud hansısa xarici ölkədə istehsal edilmiş avadanlığı və silahları yerləşdirə bilər. Təyyarədə həmçinin “Fazotron-NİİR” Korporasiyası tərəfindən istehsal edilmiş “Juk-ME” çoxfunksiyalı bort radiolokasiya stansiyası qurulub. Əvvəlki nəsil bort RLS-ləri ilə müqayisədə “Juk-ME” daha böyük diapazona, iki dəfə artırılmış aşkar etməyə malikdir. RLS 10 hava hədəfini eyni vaxtda izləməyə və onlardan dördünə qarşı raket atəşi ilə döyüş aparmağa imkan verir.

http://www.azeridefence.com/news.php?id=7831

Hiç yorum yok:

Yorum Gönder