Savunma ve Stratejik Analizler

20 Aralık 2012 Perşembe

Azərbaycan Rusiyadan Ka-52 döyüş helikopterləri alacaq

19-12-2012 Azeri Defence News

Yaxın illərdə Azərbaycan hərbi aviasiya parkına Rusiya istehsalı olan yeni hücum helikopterlərini daxil etməyi planlaşdırır.

Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq “Oboronprom” şirkətinin adının çəkilməsini istəməyən nümayəndəsi məlumat verib.

Azərbaycan tərəfi Rusiya istehsalı olan Ka-52 “Alliqator” tipli zərbə helikopterlərinin satın alınmasına marağını ifadə edib və hazırda bununla bağlı danışıqlar aparılır: “Azərbaycan son illərdə bizə ən çox helikopter sifariş vermiş ölkədir. Yeni helikopterlərin seçimi Azərbaycan hərbçilərinin Rus hərbi aviasiya texnikasından, başqa sözlə helikopterlərinin istifadəsindən razı qaldıqlarını göstərir”.

Şirkət nümayəndəsi Azərbaycanın nə qədər Ka-52 tipli helikopter almaq istəyi, eləcə də hansı illər üçün sifarişlərin reallaşdırılacağı barədə məlumat verməyib.

“Oboronprom” nümayəndəsi Azərbaycanın 2010-cu ildə verdiyi sifarişlərin holdinqə daxil olan “Russian Helicopters” şirkəti tərəfindən qrafikə uyğun olaraq yerinə yetirildiyini bildirib.

http://www.azeridefence.com/news.php?id=7875

Hiç yorum yok:

Yorum Gönder