Savunma ve Stratejik Analizler

20 Aralık 2012 Perşembe

Elbit Systems Azərbaycan HHQ-nin modernləşdirilməsi proqramında iştirak etmək istəyir

17-11-2012  Azeri Defence News

İsrailin Elbit Systems şirkəti Azərbaycanın aviasiya sektorunda yeni proqramlarda iştirak etmək istəyir. Bu barədə “AzeriDefence.com” saytına “BakuTel-2012” sərgisinə qatılmış adıçəkilən şirkətinin stendindən məlumat verilib.

Hazırda İsrail şirkəti Azərbaycanın Silahlı Qüvvələri və digər güc strukturları ilə sıx əməkdaşlığa malikdir. Bu çərçivədə bir sıra modernləşdirilməsi proqramlarında iştirak edir.

“Elbit Azərbaycanda Silahlı Qüvvələrin regional və mərkəzi komanda-nəzarət mərkəzlərinin yaradılması, əsas müharibə tanklarının modernləşdirilməsi, kəşfiyyat-müşahidə və nəzarət imkanlarının gücləndirilməsi, rabitə sisteminin yenidən qurulması proqramlarının iştirakçısıdır”, - deyə məlumatda qeyd olunub.

Elbit Systems həmçinin Azərbaycan Hərbi Hava Qüvvələrində təyyarələrin “dost-düşmən tanıma” sistemi (IFF) təchiz edilməsi layihəsində də iştirak edib. Bu çərçivədə Azərbaycan aviasiyasının əsas zərbə gücünü təşkil edən MiQ-29 təyyarələrinə IFF sistemləri qurulub.

“Hazırda bu sistemin digər təyyarələrə inteqrasiyası da müzakirə mövzusudur”, - deyə Elbit stendindən bildirilib.

Qeyd edək ki, 2009-cu ildən Bakıda Elbit Systems şirkətinin “Elbit Systems Azerbaijan” adlı törəmə firması fəaliyyət göstərir.

http://www.azeridefence.com/news.php?id=7805

Hiç yorum yok:

Yorum Gönder