Savunma ve Stratejik Analizler

20 Aralık 2012 Perşembe

Türkmənistan Türkiyəyə daha iki hərbi gəmi sifariş verir

18-12-2012 Azeri Defence News

Türkmənistan Türkiyənin Dearsan şirkəti ilə əlavə olaraq iki yeni gözətçi gəmisinin tikintisinə dair müzakirələr aparır. Bu barədə “AzeriDefence”yə Türkiyə müdafiə sənayesindəki mənbələrdən məlumat verilib.

Bundan əvvəl Dearsan şirkəti tərəfindən Türkmənistan üçün bu ölkədə qurulmuş tərsanədə 2 ədəd Tuzla sinifli gəmi inşa edilib. Hər iki gəmi 2012-ci ilin sentyabr ayında Türkmənistan Silahlı Qüvvələrinin “Xəzər-2012” təlimində nümayiş etdirilib.

Mənbənin məlumatına görə, növbəti gəmilər əvvəlkilərdən bəzi göstəricilərinə görə fərqlənməlidir. Dizayn və qabaritlər baxımından eyni olacaq bu gəmilərin dənizdə qalma və döyüş aparma imkanları artırılacaq. Eyni zamanda silah sistemləri dəyişdiriləcək və bu gəmilərin Rusiya istehsalı olan Uran-E raket kompleksləri ilə təchiz olunması nəzərdə tutulur.

Qeyd edək ki, 400 ton su tutumuna malik, 34 heyətli gəmilər HAVELSAN döyüş idarəetmə sistemləri, Yaltes/Imtech Built Integrated Platform Management Systems (IPMS), operator konsolları, taktiki ekran bölmələri və EO/Sonar Konsol otağı (EO/Sonar Console Suits), ASELSAN şirkətinin istehsalı olan «AselFLİR-200D» müşahidə qurğusu ilə təchiz edilib.Gəmilərin silahlanmasına
  • ASELSAN/ROKETSAN birgə istehsalı olan ASW raket buraxılış qurğusu,
  • İtaliyanın Oto Melara şirkətinin istehsalı olan 1 ədəd iki lüləli 40 mm çaplı top,
  • ASELSAN şirkətinin istehsalı olan 2 ədəd 25 mm-lik STOP sistemi daxildir.
Bundan başqa, gəmilər sualtı bombalarla və sualtı qayıqlara qarşı raket buraxılış qurğusu ilə təchiz olunublar.

http://www.azeridefence.com/news.php?id=7873

Hiç yorum yok:

Yorum Gönder