Savunma ve Stratejik Analizler

24 Ocak 2013 Perşembe

Azərbaycan Türkiyədən uzaq mənzilli raket sistemləri alıb

24 Yanvar 2013 Bakı. Rəşad Süleymanov  APA

Bu barədə APA-ya eksklüziv olaraq Türkiyənin ROKETSAN şirkətindən məlumat verilib.

T-300 “Qasırğa” adlı, 300 mm çaplı reaktiv raket sistemləri (Türkiyə Silahlı Qüvvələrində “Qasırğa” adı verilib) raket sistemləri 2010-cu ildə imzalanmış 244 milyon ABŞ dolları dəyərində satınalma müqaviləsi çərçivəsində alınıb.

“Bu raketlər hazırda Türkiyə Silahlı Qüvvələrində istifadə olunan analoqları ilə müqayisədə daha təkmildir”, - deyə məlumatda bildirilib. Sistemin özəllikləri və sayı barədə əlavə məlumat verilməyib.

Müqavilə çərçivəsində Azərbaycana həmçinin əlavə olaraq ROKETSAN istehsalı olan digər raket sistemləri də çatdırılıb.

Modern sistemlərlə təchiz olunmuş T-300 rəqibin 100 km-dən artıq uzaqlıqdakı kritik hədəflərini məhv etmək üçün hazırlanıb. Hazırda Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan bu sistem 6x6 və ya 8x8 taktik təkərli nəqliyyat vasitələrinin üzərində yerləşir. Sistemə hər birinin uzunluğu 5 metr olan 4 buraxıcı boru daxildir. Raketlər 6 saniyə intervala buraxılır. T-300 sistemi avtomatik atış-kontrol sistemi ilə təchiz olunub.

Sistemin atəş açdığı 300 mm çaplı raketin ağırlığı 525 kq, döyüş başlığının ağırlığı isə 150 kq təşkil edir.

http://az.apa.az/news/286018

Hiç yorum yok:

Yorum Gönder