Savunma ve Stratejik Analizler

6 Şubat 2013 Çarşamba

Azərbaycan Gürcüstanın “Lazika” və “Didqori” döyüş maşınları ilə maraqlanır

04 Fevral 2013
Bakı. Məlahət Nəcəfova-APA.

Azərbaycan Gürcüstanın “Lazika” və “Didqori” döyüş maşınları ilə maraqlanır. APA-nın “Qruziya-onlayn”a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili bildirib.

Onun sözlərinə görə, hazırda müxtəlif sifarişlər üzərində iş gedir: “İndiyə kimi bu istiqamətdə fəaliyyət yalnız daxili bazar çərçivəsində məhdudlaşıb. Hazırda Cənubi Koreya, Azərbaycan və bir neçə ölkə texnika ilə bağlı maraqlarını ifadə ediblər”.

Gürcüstanın Müdafiə Nazirliyi də hərbi texnika istehsal edən “Delta” şirkətini modernləşdirməyi planlaşdırır.

http://az.apa.az/news/287257

Hiç yorum yok:

Yorum Gönder