Savunma ve Stratejik Analizler

4 Şubat 2013 Pazartesi

TAİ şirkəti Azərbaycanın Türkiyəyə 60 ədəd T-129 ATAK helikopteri sifariş verməsi xəbərini təkzib edib

04 Fevral 2013  Bakı. Rəşad Süleymanov – APA

“Azərbaycanla rəsmi anlamda imzalanmış hər hansı müqaviləmiz yoxdur, xəbərlər həqiqəti əks etdirmir”

Azərbaycanın Türkiyəyə 60 ədəd T-129 ATAK helikopteri sifariş verməsi barədə mətbuatda yayılan xəbərlər təkzib olunub. Bu barədə APA-nın sorğusuna cavab olaraq T-129 ATAK helikopterinin istehsalçısı olan Türkiyənin TAİ (Turkish Aerospace Industries) şirkətindən məlumat verilib.

Şirkətdən qeyd olunub ki, bu günlərdə Türkiyə və Azərbaycan mediasında Azərbaycan ilə TAİ arasında 60 ədəd T-129 ATAK helikopterinin alğı-satqısına dair müqavilə imzalanması barədə məlumatlar yer alıb: “Azərbaycanda bununla bağlı tender olmayıb, bu səbəbdən də Azərbaycan ilə rəsmi anlamda imzalanmış hər hansı bir müqavilə yoxdur. Rəsmi olmayan internet saytlarında, fərqli telekanallarda və qəzetlərdə yer alan bu xəbərlər gerçəyi əks etdirmir”.

Şirkətdən həmçinin qeyd olunub ki, bütün bunlarla yanaşı Azərbaycan ilə həm ölkələr arasında, həm də firma olaraq T-129 ATAK helikopterinə yönəlik marketinq və tanıtım fəaliyyətləri davam etməkdədir: “Azərbaycanın rəsmi qurumlarından gələcək rəsmi tələblər firmamız tərəfindən yerinə yetiriləcək. Bir millət, iki dövlət prinsipini əsas tutaraq, TAİ qardaş Azərbaycan ilə hər sahədə işbirliyinə hazırdır”.

Qeyd edək ki, T-129 ATAK helikopterinin iki versiyasının istehsalı planlaşdırılır. Bunlardan birincisi - T-129A modeli yaxın hava döyüşləri üçün nəzərdə tutulur. Bu modelin üzərinə 76 ədəd 70 mm çaplı idarə olunan və olunmayan raketlər və 500 ədəd döyüş sursatına malik 20 mm-lik top quraşdırmaq olar. T-129B modelinin isə silahlanmasında Türkiyə istehsalı olan 8 ədəd UMTAS, 12 ədəd CIRIT, 2 ədəd STINGER və 500 mərmi ehtiyatına malik top yer alacaq. TAİ müəssisələrində istehsalı tamamlanmış birinci T129A prototipi ilki uçuşunu 2011-ci ilin avqust ayında reallaşdırıb. T-129 helikopterlərinin bu il Türkiyə Silahlı Qüvvələrində istifadəsinə başlanılacaq.

http://az.apa.az/news/287214

Hiç yorum yok:

Yorum Gönder