Savunma ve Stratejik Analizler

16 Nisan 2013 Salı

Azərbaycan İDEF-2013 sərgisinə 130 adda məhsul çıxaracaq

16-04-2013

Müdafiə Sənayesi Nazirliyi (MSN) mayında Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 sərgisində Azərbaycanda istehsal edilmiş 130 adda müdafiə təyinatlı məmulatı nümayiş etdirəcək.

AzeriDefence”nin xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ilin birinci rübünün yekunlarına dair müşavirəsində müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Sərgidə ilk dəfə olaraq 7.62x54 mm çaplı pulemyot, 7.62x51 mm çaplı “Yalquzaq” snayper tüfəngi, 7.62x51 mm çaplı HP-7.62 hücum pulemyotu, “Gürzə” patrul maşını, “Aerostar” və “Orbiter” tipli pilotsuz uçuş aparatları və s. məmulatlar nümayiş etdiriləcək.

http://www.azeridefence.com/news.php?id=8030

Hiç yorum yok:

Yorum Gönder