Savunma ve Stratejik Analizler

18 Haziran 2013 Salı

Azərbaycan İtaliya istehsalı olan hərbi təyyarələrə maraq göstərir

18-06-2013 Azeri Defence News

Azərbaycan İtaliyanın istehsalı olan C-27J “Spartan” hərbi nəqliyyat və M-346 “Master” təlim-döyüş təyyarələrinə maraq göstərir. Bu barədə “AzeriDefence.com” saytının Paris Aviasiya Şousunda iştirak edən əməkdaşına İtaliyanın Alenia Aermacchi şirkətindən məlumat verilib.

İndiyədək bir neçə dəfə Azərbaycanın hərbi nümayəndə heyəti şirkətin test mərkəzində və İtaliya Hərbi Hava Qüvvələrində bu təyyarələrin sınaqlarında iştirak edib. Hər iki təyyarənin performansı yüksək qiymətləndirilib.

Azərbaycan nümayəndə heyətləri ilə hazırda adıçəkilən təyyarələrlə bağlı danışıqlar davam etdirilir.

İtalyan şirkətindən hesab edirlər ki, adıçəkilən təyyarələrin Azərbaycana satışında problem yoxdur. İtaliya bununla yanaşı hazırda Azərbaycanla müdafiə sahəsində bir sıra proyektlər üzrə danışıqlar aparmaqdadır.

İtaliyalı aviasiya mütəxəssislərinin fikrincə, hər iki təyyarə Azərbaycanın hərbi aviasiya parkının modernləşdirilməsi proqramı çərçivəsində uçuş heyətinin qərb standartlarına malik təyyarələri öyrənməsində vacib rol oynaya bilər.

http://www.azeridefence.com/news.php?id=8095

Hiç yorum yok:

Yorum Gönder