Savunma ve Stratejik Analizler

25 Temmuz 2013 Perşembe

Türkiyə Azərbaycana satdığı «Fırtına» haubitsalarının mühərrik problemini həll edib

20 İyul 2013  Bakı. Rəşad Süleymanov-APA.

Türkiyə Azərbaycana T-155 «Fırtına» və yüksək sürətli patrul katerlərinin satışında meydana çıxan mühərrik problemini həll etmək üzrədir.

Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən məlumat verilib.

Artıq alternativ variant olaraq, adı açıqlanmayan dünyanın aparıcı ölkələrindən birinə məxsus mühərriklər seçilib.

Bundan əvvəl «Fırtına» sistemi üçün Ukrayna istehsalı olan mühərrik təklif olunsa da, bu mühərrik qarşıya qoyulan tələblərə cavab verməyib.

Hazırda MKE şirkəti özüyeriyən haubitsaların istehsalı üzrə işləri davam etdirir. Ümumilikdə Azərbaycanın Türkiyə ilə bağladığı T-155 «Fırtına» kontraktına 36 ədəd özüyeriyən haubitsanın alğı-satqısı daxildir.

Müqavilə 2011-ci ildə imzalanıb. Lakin həm «Fırtına»nı, həm də «Yonca Onuk» şirkətinin istehsal etdiyi yüksək sürətli katerləri mühərriklə təchiz edən Almaniyanın MTU şirkəti Ermənistanla silahlı münaqişə ilə bağlı ölkələri tərəfindən qoyulan embarqonu əsas gətirərək Azərbaycanın sifariş verdiyi döyüş texnikalarına mühərrik verməkdən imtina edib.

Dünyadakı ən müasir özüyeriyən haubitsalarından olan, Cənubi Koreyanın «Samsung Techwin» şirkətinin K9 «Thunder» analoji sisteminin bazasında yaradılmış «Fırtına» 155 mm çaplı topa malikdir. Artilleriya sisteminin döyüş maşını hər cür maneəli ərazi şərtlərində hərəkət edə bilir. Müasir atış kontrol sisteminə malik «Fırtına» hərəkət halında 30 saniyə içində atışa hazır vəziyyətə gətirilə bilir. Sistemin döyüş ehtiyatı 48 mərmidir. Artilleriya sistemi M107 (HE) mərmiləri ilə 18 km, M549A1 (RAP/HE) mərmiləri ilə 30 km, ERFB/BB mərmiləri ilə 40 km-dən artıq məsafədəki hədəfləri məhv edir.

Fırtına Azərbaycan Silahlı Qüvvələrində 2S3 «Pion» sistemlərindən sonra öz atış uzaqlığına görə ikinci özüyeriyən artilleriya sistemi olacaq.

http://az.apa.az/news/307079

Hiç yorum yok:

Yorum Gönder