Savunma ve Stratejik Analizler

23 Ocak 2014 Perşembe

Naxçıvanda ATAK helikopterinin sınaqları keçiriləcək

21-01-2014 azeridefence.com

Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) üçün T-129 ATAK zərbə helikopterinin sınaqları keçiriləcək. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Azərbaycan HHQ-dən məlumat verilib.

Azərbaycan ərazisində keçirilməsi planlaşdırılan sınaqlarda helikopterin yerli şəraitə uyğunluğu yoxlanılacaq, HHQ-nin mütəxəssislərinin rəyi öyrəəniləcək. Testlərin keçiriləcəyi tarix açıqlanmasa da uçuşların Naxçıvan Muxtar Respublikası ərazisində keçiriləcəyi bildirilir.

Azərbaycan pilotları həmçinin Türkiyədə uçuş və atış testlərini izləyəcəklər.

Helikopteri istehsal edən TAI şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin tələbi əsasında Türkiyənin Milli Müdafiə Nazirliyi xətti ilə 2 ədəd T-129 ATAK üçün qiymət təqdim edilib. Azərbaycana ATAK-ın Türkiyə Quru Qoşunları üçün müəyyənləşdirilmiş qiyməti təqdim olunub. Eyni zamanda helikopterin müəyyən hissələrinin Bakıda istehsalına rəsmi Ankaranın maraqlı olduğu çatdırılıb.

Ötən ay müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankarada ATAK-ın uçuşların izləyib. Brifinqdə nazir Azərbaycan HHQ-nin bu helikopterləri silahlanmada görmək istəyində olduqlarını bildirib.

http://www.azeridefence.com/news.php?id=8334

Hiç yorum yok:

Yorum Gönder