Savunma ve Stratejik Analizler

4 Şubat 2014 Salı

Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında yer alan MiQ-25 döyüş təyyarələrini modernləşdirəcək

04 Fevral 2014 Bakı. Rəşad Süleymanov - APA.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında yer alan MiQ-25 (NATO kod adı “Foxbat”) döyüş təyyarələri modernləşdiriləcək.

Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, hazırda istifadəsi dayandırılmış döyüş təyyarələrinin modernləşdirilməsi proqramı Azərbaycan Aviasiya Təmiri zavodunda reallaşdırılacaq.

Mütəxəssislərin sözlərinə görə, MiQ-25 təyyarələrinin üzərində istənilən dərin modernləşdirmə işləri aparmaq imkanları var. Təyyarənin daxili və xarici konstruksiyası buna imkan verir.

Qeyd edək ki, Azərbaycan Aviasiya Təmiri Zavodu indiyədək MiQ-25 təyyarələrinin modernləşdirilməsi istiqamətində bir sıra layihələr reallaşdırıb. Zavodun sonuncu layihəsi Əlcəzair HHQ-nin MiQ-25 təyyarələrinin modernləşdirilməsi olub.

Qeyd edək ki, beynəlxalq mərkəzlərin məlumatına görə, hazırda Azərbaycan HHQ-nin inventarında 10 ədəd MiQ-25, 6 ədəd MiQ-25PD və 4 ədəd MiQ-25RB modifiasiyası yer alır.

BMT hesabatlarına görə, Azərbaycan sonuncu dəfə 1998-ci ildə Qazaxıstandan 8 ədəd MiQ-25 təyyarəsi alıb.

http://az.apa.az/news/330454

Hiç yorum yok:

Yorum Gönder