Savunma ve Stratejik Analizler

27 Mayıs 2014 Salı

Azərbaycan Rusiyadan yeni hərbi texnikalar alır

27-05-2014 Azeridefence

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın “Uralvaqonzavod” Konsernindən (UVZ) İMR-3M mühəndis istehkam maşınları alır. Bu barədə “AzeriDefence”yə UVZ-dən məlumat verilib.

İlk olaraq Azərbaycana 3 ədəd İMR-3M maşını göndəriləcək. Artıq maşınlar Azərbaycana yola salınmaya hazırdır.

Maşın T-90 tankının şassisi üzərində yerləşir.

“Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri bizim müəssisədə oldular və texnikaları yerində yoxladılar”, - deyə UVZ nümayəndəsi bildirib.

Azərbaycan UVZ-dən ümumilikdə 6 ədəd İMR-3M maşını alacaq.

UVZ rəsmilərinin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanın sifariş verdiyi T-90S tanklarının 30 maşından ibarət növbəti partiyası və TOS-1A “Solntsepyok” ağır odsaçanlarının 6 maşından ibarət ikinci partiyasının Bakıya yola salınması planlaşdırılır. Azərbaycan UVZ-dən ümumilikdə 18 ədəd TOS-1A maşını alacaq.

Azərbaycanın sifariş verdiyi 100 ədəd T-90S tanklarının çatdırılması prosesi isə 2015-ci ilin sonunadək tam yekunlaşdırılacaq. Buna paralel olaraq T-90SM tankları ilə bağlı da müzakirələr aparılır.

Şirkət nümayəndələri artıq 2012-ci ildə imzalanmış müqavilə üzrə 18 ədəd “Msta-S” özüyeriyən haubitsaların Azərbaycana təhvil verildiyini bildiriblər.

“Digər sifarişlərimiz də var. Onlar qrafik üzrə icra olunur”, - deyə məlumatda bildirilib.
http://www.azeridefence.com/news.php?id=8541

Hiç yorum yok:

Yorum Gönder