Savunma ve Stratejik Analizler

13 Eylül 2014 Cumartesi

İlk “Qasırğa” Azərbaycana təhvil verildi

12-09-2014 http://azeridefence.com/

Türkiyənin ROKETSAN şirkəti Azərbaycanın ilk T-300 “Qasırğa” raket sistemini təhvil verib. Bu barədə “AzeriDefence”yə eksklüziv açıqlamasında ROKETSAN şirkətinin İdarə Heyətinin sədri Eyüp Kaptan bildirib.

E. Kaptan ilk “Qasırğa”nın ADEX-2014 sərgisinin birinci günü rəmzi olaraq Azərbaycan prezidentinə təqdim etdiklərini bildirib.

““Qasırğa”ların digər qismləri də qrafik üzrə Azərbaycana göndəriləcək”, - deyə E. Kaptan vurğulayıb.

ROKETSAN rəhbəri yaxın aylarda Azərbaycanda Azərbaycan Silahlı Qüvvələri üçün yeni tank əleyhinə raketlərin testlərinin keçiriləcəyini də bildirib.

E. Kaptan Azərbaycanın SOM qanadlı raketi ilə yaxından maraqlandığını bildirib. Onun sözlərinə görə, bu raketlərin MiQ-29 təyyarələrinə inteqrasiyası öyrəniləcək və bu istiqamətdə işlər aparılacaq.

Qeyd edək ki, SOM qanadlı raketləri 250 km mənzilə sahibdir və öz sinfində dünyada əən müasir raketlərdən sayılır.
http://azeridefence.com/news.php?id=8677

Hiç yorum yok:

Yorum Gönder