Savunma ve Stratejik Analizler

3 Mart 2015 Salı

Konyada Azərbaycan-Türkiyə hərbi təlimləri başladı

03-03-2015 azeridefence.com

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən "TurAz Şahini-2015" təlimləri başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya gəlib.

Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək.

Türkiyənin “Anadolu” agentliyi bu təlimin Azərbaycan hərbi aviasiyasının ölkə xaricində ilk təlimi kimi təqdim edib.

Təlimdə Türkiyə HHQ-nin F-16, F-4E2020, E-7T təyyarələri və helikopterləri iştirak edir. Agentıik təlimə Azərbaycan HHQ-nin 106 hərbçisinin qatıldığını açıqlayıb.

Manevrlərdə “Müharibə hava patrulu”, “Himayə”, “Hava döyüşü”, “Yaxın hava dəstəyi”, “Su üstü ünsürlərə qarşı hava əməliyyatı” vəzifələri icra olunacaq.
http://www.azeridefence.com/news.php?id=8873

Hiç yorum yok:

Yorum Gönder