Savunma ve Stratejik Analizler

3 Mart 2015 Salı

Türk Ordusu Azərbaycan silahını seçdi

25-02-2015 azeridefence.com

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi tenderin qalibi olub. Bu barədə "AzeriDefence"yə eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazirin sözlərinə görə, müqavilə Türkiyə SQ-nin xüsusi təyinatlılarına RPQ-7 qumbaraatanlarının çatdırılmasını nəzərdə tutur. Müqavilə üzrə MSN bu il Türkiyə SQ-nin nəzərdə tutulan sayda qumbaraatanla təchiz edəcək.

Y. Camalov qeyd edib ki, Azərbaycan istehsalı olan RPQ - 7V2 "Qaya" qumbaraatanları Türkiyənin müvafiq qurumunun sınaqlarından uğurla keçib.

"Bu silah hazırda ordumuzun silahlanmasında yer alır. Hətta bəzi göstəricilərinə görə digər ölkələrdə istehsal edilən RPQ-7-ləri də üstələyir", - deyə nazir vurğulayıb.
http://www.azeridefence.com/news.php?id=8855

Hiç yorum yok:

Yorum Gönder