Savunma ve Stratejik Analizler

15 Nisan 2015 Çarşamba

ABŞ səfiri Azərbaycanın hərbi pilotları ilə görüşüb

14 Aprel 2015 APA Ülkər Bəkirli - Bakı

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə səfirliyin rəsmi “Twitter” hesabında məlumat verilib.

Görüşdə pilotların Azərbaycanın müdafiəsi uğrunda xidmətləri və ikitərəfli münasibətlərin gücləndirilməsi yolları müzakirə edilib.

Səfirliyin “facebook” hesabında isə qeyd olunur ki, səfir Robert Sekuta Kürdəmirdə yerləşən bazada Hərbi Hava Qüvvələrinin pilotları və peşəkarları ilə görüşüb.

Görüşdə onların Azərbaycanın müdafiəsinə verdiyi xidmətlər nəzərdən keçirilib.

Səfir bazanın komandiri ilə birlikdə uçuş simulyatorunda pilotluq bacarığını yoxlayıb, pilot kabinəsindən SU-25 təyyarəsi barədə bilgi alıb.
http://az.apa.az/news/379624

Hiç yorum yok:

Yorum Gönder