Savunma ve Stratejik Analizler

23 Haziran 2015 Salı

Azərbaycan pilotları Türkiyədə təhsil alacaqlar - Memorandum imzalandı

22-06-2015 azeridefence.com

Türkiyə Hava Qüvvələrinin 2-ci Əsas Reaktiv Təyyarələr Bazasında Çoxmillətli Uçuş Tədris Mərkəzinin (ÇUUEM) açılışı olub. Bu barədə "AzeriDefence" Türkiyə Hava Qüvvələrinə istinadən məlumat verib.

Mərkəzin açılışına Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrin Hərbi Hava Qüvvələrinin komandanları və yüksək rütbəli nümayəndələri qatılıblar.

Açılış mərasimindən sonra Türkiyə Hava Qüvvələri ilə ABŞ, Azərbaycan, CAR, Banqladeş, Cənubi Koreya, Pakistan və Türkmənistan Hava Qüvvələri arasında hərbi tədris və təlimlərin keçirilməsinə dair anlaşma memorandumları imzalanıb.
http://azeridefence.com/news.php?id=9125

Hiç yorum yok:

Yorum Gönder