Savunma ve Stratejik Analizler

23 Haziran 2015 Salı

UVZ: Azərbaycan sifariş verdiyi 100 ədəd T-90S tankının hamısını alıb

18-06-2015 azeridefence.com

Rusiyanın "Uralvaqonzavod" Dövlət Konserni Azərbaycanın sifariş verdiyi 100 ədəd T-90S tankının hamısını təhvil verib.

"AzeriDefence"nin "Armiya -2015" forumunda iştirak edən əməkdaşını xəbərinə görə, bu barədə UVZ-nin stendindən məlumat verilib.

Tankların çatdırılması bir neçə ay əvvəl yekunlaşıb. Hazırda istehsalçı müəssisə ehtiyat hissələrin çatdırılmasını davam etdirir.

"Gördüklərimizdən çox məmnunuq. Azərbaycan tankçıları qısa müddətdə T-90-ların istismarını mənimsədilər. Bizdə olan məlumata görə hətta təlimlərdə yeni tankları tətbiq ediblər",- deyə UVZ rəsmisi bildirib.

Qeyd edək ki, T-90S tanklarının Azərbaycana çatdırılmasında 2013-cü ildə başlanıb. Tanklar ilk dəfə 2013 -cü ilin iyun ayında Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib.
http://azeridefence.com/news.php?id=9121

Hiç yorum yok:

Yorum Gönder