Savunma ve Stratejik Analizler

1 Eylül 2015 Salı

HAVELSAN "Antonov" Konserni ilə AN-24 təyyarəsinin bazasında hava kəşfiyyat təyyarəsi hazırlayacaq

31-08-2015 azeridefence.com

Türkiyənin HAVELSAN şirkəti Ukraynanın "Antonov" Dövlət Konserni ilə birgə AN -24 təyyarəsinin bazasında Havadan Erkən Xəbərdarlıq Təyyarəsinin hazırlanması layihəsi üzərində işləyir.

"AzeriDefence"nin əldə etdiyi məlumata görə, artıq bununla bağlı hər iki şirkətin arasında razılaşma əldə olunub.

Layihə çərçivəsində Ukrayna ilə yanaşı digər ölkələrdən olan müştərilər üçün də bu yeni sistem qurulacaq. Hazırda tərəflər bununla bağlı potensial müştərilər ilə görüşlər keçirirlər.

Tərəflər AN -24 bazasında Havadan Erkən Xəbərdarlıq Təyyarəsi ilə yanaşı Sahil Təhlükəsizlik, Müşahidə, Nəzarət və Xilasetmə Təyyarəsini də hazırlamağı planlaşdırırlar.

http://azeridefence.com/news.php?id=9381

Hiç yorum yok:

Yorum Gönder