Savunma ve Stratejik Analizler

10 Eylül 2015 Perşembe

“TurAz Qartalı-2015” təlimi davam edir, Yevlaxda

03-09-2015 azeridefence.com

Bu gün Yevlaxda “TurAz Qartalı-2015” Azərbaycan-Türkiyə hərbi təlimlərinin növbəti mərhələsi keçirilib.

“AzeriDefence”nin təlimi izləyən əməkdaşının verdiyi məlumata görə, təlim proqramına əsasən bu gün Yevlaxda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopterləri, Türkiyə Hava Qüvvələrinin F-4 və F-16 döyüş təyyarələri, “Cougar” helikopterləri aerodromdan qalxaraq təlim tapşırıqlarını yerinə yetiriblər.

Bazada keçirilən brifinqdə uçuş heyətinə təlim planı izah olunub, texniki məsələlərlə bağlı tapşırıqlar verilib. Yevlax aerodromunda keçirilən təlimdə Türkiyə Hərbi Hava Qüvvələrinin 6 ədəd F-16, 3 ədəd F-4, 1 ədəd “Cougar” helikopteri iştirak edib. Onlar havada Azərbaycan Hərbi Hava Qüvvələrinin bazalarından qalxan MiQ-29, Su-25 döyüş təyyarələri ilə birlikdə təlim tapşırığını icra ediblər.

Təlim planına əsasən havaya qalxan təyyarələr şərti rəqibin döyüş təyyarələri ilə hava döyüşləri aparıb, düşmənin radar sistemlərini məhv ediblər. Daha sonra helikopterlər vasitəsilə xüsusi təyinatlılar və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş axtarış-xilasetmə qrupu vurulmuş təyyarənin pilotlarının xilas edilməsi əməliyyatını həyata keçiriblər.

Azərbaycan HHQ-nin zabiti, polkovnik Faiq Əliyev “AzeriDefence”yə bildirib ki, artıq üçüncü dəfədir keçirilən təlimin məqsədi iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığı inkişaf etdirmək, birgə əməliyyatların planlaşdırılması və icrasını həyata keçirməkdir.

F. Əliyev təlim zamanı Azərbaycan pilotlarının F-4 və F-16 döyüş təyyarələrində türk pilotlarla, Türkiyə HHQ pilotlarının isə MiQ-29 döyüş təyyarəsində azərbaycanlı pilotlarla birlikdə uçuşlar həyata keçirdiyini vurğulayıb. O, gələcəkdə digər ölkələrlə də analoji təlimlərin həyata keçirilə biləcəyinin mümkünlüyünü qeyd edib.

“Bu təlim Azərbaycan HHQ üçün böyük imkanlar açır. Bizim pilotlar NATO ölkələrində istifadə olunan təyyarə və helikopterlərdə uçaraq öz peşəkarlıqlarını artırırlar. Eyni zamanda əməliyyat uyarlığına nail oluruq”, - deyə polkovnik F. Əliyev bildirib.

F. Əliyev növbəti birgə təlimin 2016-cı ilin mart ayında “TurAz Şahini” adı altında Türkiyədə keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik Elçin Axundov “AzeriDefence”yə deyib ki, bu tip təlimlər şəxsi heyətin peşəkarlığının artırılması baxımından vacibdir. O, təlimə qatılan heyətdə ruh yüksəkliyinin olduğunu da qeyd edib.

Qeyd edək ki, “TurAz Qartalı” təlimi 2014-cü ilin sentyabrından
http://www.azeridefence.com/news.php?id=9399

Hiç yorum yok:

Yorum Gönder