Savunma ve Stratejik Analizler

16 Mayıs 2016 Pazartesi

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək

15.05.2016 AzeriDefence

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Qəbələ şəhərində üçtərəfli görüşü keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri, xanım Tinatin Xidaşeli və Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda keçiriləcək.

Xatırladaq ki, nazirlər səhər saatlarında Qəbələ şəhərində yerləşən Şəhidlər Xiyabanını və Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Səfər çərçivəsində nazilər arasında iki tərəfli görüşlər də keçiriləcək.
http://az.azeridefence.com/azerbaycan-gurcustan-ve-turkiye-mudafie-nazirlerinin-ucterefli-gorusu-kecirilecek/

Hiç yorum yok:

Yorum Gönder