Savunma ve Stratejik Analizler

2 Haziran 2016 Perşembe

KADEX-2016: Qazaxıstan Ordusu ASELSAN silah və optik sistemlərini seçdi

01/06/2016 Azeridefence

Qazaxıstan Ordusu Türkiyənin ASELSAN şirkətinin ıstehsalı olan silah qüllələrini inventardakı tanklara və digər zirehli maşınlara inteqrasiya edir.

“AzeriDefence”nin məlumatına görə, Astanada keçirilən KADEX-2016 sərgisində bu texnikların bir qismi nümayiş etdirilir.

Belə ki sərgidən göründüyü qədər Qazaxıstanda “Kazakhstan Paramount Engineering” şirkətində istehsal edilmiş “Arlan” MRAP-ları (“Marauder”) ASELSAN şirkətinin SARP döyüş modulu və “İqla” zenit raketlərinin buraxıcı sistemi ilə silahlandırılıb. Kompleks üzərində döyüşə hazır 4 ədəd “İqla” ZRK yerləşdirilmiş, elektro-optik cihazların və lazer məsafəölçənin yer aldığı blokdan ibarətdir. Buna qədər kompleksin “Stinger” ZRK-ni daşıyan versiyası Türkiyə və Hollandiya Silahlı Qüvvələrinə ixrac olunub. Bundan başqa, adıçəkilən şirkətinin eyni model maşınların bazasında hazırladığı kəşfiyyat maşınları ASELSAN tərəfindən istehsal edilən müşahidə və kəşfiyyat avadanlıqları ilə komplektləşdirilib.


Qazaxıstan müəssisələrində modernləşdirilmiş T-72 tankları da ASELSAN-ın SARP döyüş modullarını alıb. Bununla da tank heyəti yerini tərk etmədən hədəfləri pulemyotla atəş altında saxlaya bilir. Öz növbəsində bu, açığa çıxan tank heyətinin snayperlərin atəşindən zərər görməsini aradan qaldırır.

Qeyd edək ki, hazırda Qazaxıstanda ASELSAN-ın birgə müəssisəsi olan Kazakhstan ASELSAN Engineering” şirkəti fəaliyyət göstərir.
http://az.azeridefence.com/12728-2/

Hiç yorum yok:

Yorum Gönder