Savunma ve Stratejik Analizler

23 Haziran 2016 Perşembe

Türkmənistan üçüncü 33 metrlik raket katerini dənizə endirib

09/06/2016 Azeridefence

Türkmənistan Sərhəd Qoşunları üçün Türkiyənin DEARSAN şirkəti tərəfindən inşa edilmiş SG-123 bort nömrəli itisürətli kater dənizə endirilib.

“AzeriDefence”nin məlumatına görə, SG-123 kateri Türkmənistan Sərhəd Qoşunları ilə DEARSAN arasında 2014-cü ilin ortalarında imzalanmış müqavilə üzrə nəzərdə tutulan 6 kiçik itisürətli raket katerindən (33 metrlik) üçüncüsüdür.

Müqavilə üzrə 6 katerin inşası 2017-ci ilin sonunadək tamamlanmalıdır.

Katerlərin sürəti 43 mil, üzmə uzaqlığı 350 mildir. Katerlərin silahlanmasında MBDA Marte Mk 2/N gəmi əleyhinə raket kompleksinin iki işəsalma qurğusu, ASELSAN şirkətinin istehsalı olan 1 ədəd 25 mm çaplı top və ASELFLİR elektro-optik sistemi ilə komplektləşdirilmiş STOP silah sistemi yer alır.

http://az.azeridefence.com/turkmenistan-ucuncu-33-metrlik-raket-katerini-denize-endirib/

DEARSAN 33 m Hücümbot
http://www.dearsan.com/urunlerimiz/33-m-hucum-botu.html

Hiç yorum yok:

Yorum Gönder