Savunma ve Stratejik Analizler

21 Şubat 2017 Salı

MKE korrektə olunan artilleriya mərmilərinin yaradılması üzərində işləyir -ÖZƏL

21/02/2017 Kaynak: azeridefence.com

Türkiyənin MKE təşkilatı korrektə olunan artilleriya mərmilərinin yaradılması üzərində işləyir.

Bu barədə “AzeriDefence”yə müsahibəsində MKE təşkilatının baş direktoru Əhməd Daşqın (Ahmet Taşkın) bildirib.

Ə. Daşqının sözlərinə görə, ilk mərhələdə 155 mm çaplı sursatların korrektə olunan versiyası hazırlanacaq. MKE Türkiyənin müdafiə elektronikası sektorunda fəaliyyət göstərən bir neçə şirkəti də bu işə cəlb edib.

“Bu ilin sonuna yetişdirmək çətindir. Lakin gələn il bu sursatların ilk prototipləri sınaq üçün hazır olacaq”,-deyə MKE rəhbəri qeyd edib.

Sursatların dəqiqliyini artırmaq və idarə etmək üçün lazerlə yönləndirmə, infraqırmızı başlıq və qlobal naviqasiya sistemindən istifadə edilməsi planlaşdırılır. Yönləndirmə başlığı və sükanlar sursatla bütövlük təşkil edəcək. Mərmilərə yönləndirmə dəstələrinin qurulması hələ ki nəzərdə tutulmur.

“Yanaşmamız belədir ki, yaxın hədəflərin vurulması üçün lazer yönləndirmə, orta məsafədə, görüş dairəsindən kənardakı hədəflərin məhv edilməsi üçün infraqırmlzı başlıqlı, uzaq məsafədəki hədəflər üçünsə GNSS və İNS yönləndirmə daha uyğundur”, -deyə Ə.Daşqın vurğulayıb.
http://az.azeridefence.com/mke-korrekte-olunan-artilleriya-mermilerinin-yaradilmasi-uzerinde-isleyir-ozel/

Hiç yorum yok:

Yorum Gönder