Savunma ve Stratejik Analizler

16 Nisan 2017 Pazar

Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb



16/04/2017

Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel 16-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlər aprelin 21-dək davam edəcək.

http://az.azeridefence.com/azerbaycan-silahli-quvveleri-genismiqyasli-telimlere-baslayib-fotolar/

Hiç yorum yok:

Yorum Gönder