Savunma ve Stratejik Analizler

25 Haziran 2018 Pazartesi

Azərbaycan Türkiyədən SOM raketləri alıb

24/06/2018 AzeriDefence

Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) Türkiyənin ROKETSAN şirkətindən SOM qanadlı raketləri alıb.

“AzeriDefence”nin bildirdiyinə görə, HHQ-nin silahlanmasında yer alan SOM raketi ilk dəfə Azərbaycan Ordusunun 100 illik yubiley paradında nümayiş etdirilir.

SOM raketi ayrıca nəqliyyat vasitəsi üzərində tribuna önündən keçirilib.

Nümayişdən göründüyü qədər Azərbaycan SOM-B1 modifikasiyasını əldə edib. Bununla Azərbaycan SOM raketinin ilk xarici istifadəçisi hesab edilə bilər.

Quru və dəniz hədəflərinə qarşı istifadəsi nəzərdə tutulan SOM ailəsinə aid SOM-B1 raketinin döyüş başlığı 230 kq, atış mənzili 250+ km təşkil edir. Bu da HHQ-nin döyüş təyyarələrinə düşmənin HHM sisteminin təsir zonasına girmədən, cəbhənin dərinliklərindəki hədəflərini yüksək dəqiqliklə məhv etməsinə imkan verir.

Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur.

http://az.azeridefence.com/azerbaycan-turkiyeden-som-raketleri-alib-foto/


Hiç yorum yok:

Yorum Gönder